...

Lənkəranda 1650 ailəyə ünvanlı sosial yardım verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2007 12:09 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend , müxbir P.Əliyeva/ Yanvar-iyun aylarında ünvanlı sosial yardımla bağlı Lənkəranda 4 504 ailə müraciət edib. Bu barədə çərşənbə axşamı Lənkəran rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin müdiri Sərraf Heydərov məlumat verib. Heydərov bildirib ki, müraciət edənlərdən 4 475 ailənin sənədləri qeydiyyata alınıb. 4139 sənədə komissiyada baxılıb, 1650 ailəyə ünvanlı sosial yardım təyin olunub. Bunlardan 1008-i ikinci dəfə təkrar müavinət alıb. Ünvanlı sosial yardım təyin edilən 1650 ailənin üzvlərinin sayı 8 283 nəfərdir. Onlara təyin olunan aylıq məbləğ 136 834 manatdır. Ünvanlı sosial yardım təyin olunan ailələrdən 5-i şəhid ailəsi, 32-si müharibə əlilləri, 7-si məcburi köçkün, 93-ü isə bir yaşadək uşaqları olan ailələrdir.

Hesabat dövründə 2475 ailəyə ünvanlı sosial yardımın verilməsindən imtina edilib.

Lənkəran paytaxt Bakıdan 268 kilometr cənubda yerləşir. Əhalisi 201 min 500 nəfərdir.  Əhalinin ümumi sayının 51,2 %-ni qadınlar, 48,8 %-ni kişilər təşkil edir.

Xəbər lenti

Xəbər lenti