...

Azərbaycanın Şirə İxracatçıları Alyansı 2007-ci il üçün fəaliyyət planını və büdcəsini təsdiq etməyə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2007 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı / müx . Trend İ.Xəlilova / Çərşənbə axşamı Azərbaycanın İxracın və İnvestisiyaların Genişləndirilməsi Fondunun (AZPROMO) prezidenti Emil Məcidovun verdiyi məlumata görə, bu gün Azərbaycanda altı aparıcı şirkətdən (Milk-PRO, Gilan, SAF və s.) formalaşdırılan meyvə şirələrinin ixracatçılarının birinci alyansı yaradılıb.

Onun sözlərinə görə, onlar artıq müqavilə imzalayıblar. Yaxın vaxtlarda alyansın iştirakçılarının ikinci yığıncağı keçiriləcək və burada fəaliyyət planı və 2007-ci il üçün büdcə məsələləri müzakirə olunacaq.

"Alyansın yaradılmasında əsas məqsəd fəaliyyətin koordinasiyası və Azərbaycanın şirə ixracının artırılması üzrə səylərin birləşdirilməsidir. Bu gün şirələrin yerli və beynəlxalq bazarı fərqlənir. Bu səbəbdən də biz alyansın iştirakçıları qarşısında bir tələb qoymuşuq: beynəlxalq standartlara və şəxsi intizama əməl edilməsi" - deyə Məcidov bildirib.

Hazırda təbii şirələrin 80%-i Rusiyaya ixrac olunur, AZPROMO-da hesab edirlər ki, Azərbaycan ixracatçıları ilk növbədə ABŞ və Avropa ölkələrində öz məhsullarının tədarük bazarlarını genişləndirməlidirlər.

Xəbər lenti

Xəbər lenti