...

"QHT-lərə dövlət yardımı onların xaricdən asılılığını azaldacaq" - QHT rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2007 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı / Azərbaycanda qeyri-hökmət təşkilatlarına (QHT) dövlət dəstəyinin həyata keçirilməsi onların xaricdən asılılığını xeyli dərəcədə azaldacaq. Bu barədə Vətəndaş Cəmiyyəti Uğrunda (VCU) qeyri-hökumət təşkilatının rəhbəri Eldar İsmayılov açıqlama verib.

Qeyd edək ki, prezident İlham Əliyev "Azərbaycanın qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamda Prezidenin İcra Aparatına tapşırılır ki, iki ay müddətində QHT-lər üzrə qurumun və Qeyri-Hökumət Təşkilatlarına Yardım Fondunun yaradılmasına dair təkliflərini hazırlayıb prezidentə təqdim etsin.

İsmayılov qeyd edib ki, dövlət başçısının bu sərəncamı uzun zamandan bəri gözlənilən bir addım idi: "Sərəncamdan irəli gələn tapşırıqların həyata keçirilməsi QHT-lərin inkiafına, onların fəaliyyətində dönüş yaranmasına səbəb olacaq. Biz prezidentin bu addımını alqışlayır və müsbət qiymətləndiririk".

Onun fikrincə, xarici donor təşkilatlarının Azərbaycanda fəaliyyətinin qarşısını almaq mümkün deyil və onlar istənilən halda burada işləyəcəklər. Amma dövlət tərəfindən QHT-lərə yardım ayrılması onların xarici qurumlardan asılılığını, maddi qaynaqlarının maraqlarına xidmət etməsini xeyli dərəcədə azaldacaq.

Xəbər lenti

Xəbər lenti