...

Azərbaycan yanvar-sentyabrda neft hasilatını artırıb

Energetika Materials 17 Oktyabr 2007 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Yanvar-sentyabr ərzində Azərbaycanda 30 mln. 797,4 min. ton neft hasil olunub ki, bu da 2006-ci ilin analoji dövrü ilə müqayisədə 33,5 faiz çoxdur. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Neft və qaz hasilatının əsas həcmi bu dövr ərzində 24, 2 mln. ton neft və 3 mlrd. 634,8 mln. kub metr qaz hasil edən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) payına düşüb, Yanvar-sentyabrda "Azəri" və "Çıraq" yataqlarında 1 mlrd. 963,5 mln. kub metr, "Şahdəniz" yatağında isə, 1 mlrd. 671,3 mln. kub metr səmt qazı hasil edilib.

Cari ilin yanvar-sentyabrında Azərbaycanda qaz hasilatının ümumi həcmi 7 mlrd. 538,4 mln. kub metr təşkil edib. Bu 2006-cı ilin analoji dövrünün göstəricisindən 52,2 faiz çoxdur.

Yanvar-sentyabr ərzində Azərbaycanda 15 mlrd. 019,5 mln. kVt/saat elektrik enerjisi istehsal olunub. Bu istehsal həcmi ötən ilkindən 10,3 faiz aşağıdır.

Xəbər lenti

Xəbər lenti