...

Sumqayıt paylayıcı şəbəkəsində elektrik enerjisi itkiləri azaldıb

Energetika Materials 23 Oktyabr 2007 21:08 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Əliyev/ 2007-ci ilin doqquz ayı ərzində "Sumqayıtelektrikşəbəkə" ASC elektrik enerjisinin itkilərini 14%-dən 8%-dək azaldıb. Bu barədə SC-nin məlumatında göstərilib. Bu SC Sumqayıt şəhərinin paylayıcı şəbəkəsini idarə edir.

Elektrik enerjisinin texniki itkilərinin azaldılmasına, ifrat yüklənmiş avadanlıqların dəyişdirilməsi hesabına nail olunub. Belə ki, cari ilin doqquz ayı ərzində şəbəkə nəzdində 104 ədəd zədələnmiş və ya ifrat yüklənmiş transformator yenisi ilə dəyişdirilib, 378 ədədi təmir edilib, 138 ədəd 100 kilometr uzunluğunda 10; 6; 0,4 kilovoltluq elektrik verilişi xətləri cari təmir olunub. Bütün bu işlərin görülməsi elektrik enerjisinin texniki itkilərini 45% aşağı salıb.

Kommersiya itkilərinin azaldılması üçün şəbəkə işçiləri tərəfindən məişət abonenti qrupu üzrə 411, qeyri -əhali qrupu üzrə isə, 116 elektrik enerjisindən qeydiyyatsız istifadə halları aşkarlanaraq, aktlar tərtib edilib. Yalnız sentyabr ayında qeyri-əhali sektoru üzrə şəbəkənin işçiləri tərəfindən 116 qayda pozuntularında 3 milyon kilovatt saatda elektrik enerjisinin qaytarılmasına nail olunub.

Xəbər lenti

Xəbər lenti