...

Xəzər Dəniz Neft Donanması yük daşımalarını artırıb

Energetika Materials 14 Fevral 2008 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral / Trend / Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Xəzər Dəniz Neft Donanması ("Kaspmornefteflot") vasitəsilə 2006-cı ilin 565 min tonuna nisbətdə təxminən 590 min ton müxtəlif tipli yük daşınıb. Bu barədə ARDNŞ-ın məlumatında bildirilir. Yük daşımanın həcmi bu dövr üçün nəzərdə tutulan proqnozları 190 min ton üstələyib.

Yüklərin əsas hissəsi dizel yanacağı, içməli su, metal konstruksiyaları, sement, kimyəvi reagentlər və boruların payına düşüb.

"Kaspmornefteflot" iri barjlar, üzən kranlar, yüksək sürətli katerlər və sərnişin teploxodlarından istifadə edərək müxtəlif tipli yük və sərnişin daşınmalarında ARDNŞ-ın dəniz əməliyyatlarına dəstək verməklə məşğuldur.

Xəbər lenti

Xəbər lenti