...

"Tenqizşevroyl" BM Qazaxıstanda neft hasilatını artırmaq niyyətindədir

Energetika Materials 18 Aprel 2008 17:17 (UTC +04:00)

Qazaxıstan, Astana, 18 aprel / " , müxbir K.Konırova/ "Tenqizşevroyl" BM (TŞO) 2008-ci ildə Qazaxıstanda neft hasilatının həcmini artırmaq niyyətindədir, TŞO-nun Baş direktoru Todd Levi bildirib.

"Bu il 18,7 mln. ton neft hasil etməyi planlaşdırırıq ki, bu da ötən il ikinci nəsil zavodunda ikinci mərhələnin istismarının tətbiqi hesabına 5 mln. ton çoxdur" - deyə Levi bildirib.

Levi jurnalistlərin suallarını cavablandıraraq qeyd edib ki, hazırda şirkət Azərbaycan ilə bu ölkənin ərazisindən Tengiz neftinin tranzitinə dair danışıqlar aparır. O, planlaşdırılmış neftin ilk həcmlərinin Azərbaycandan tranzitlə göndərilməsi vaxtını və dəqiq həcmini söləməyib. "Biz hazırda neftimizin beynəlxalq bazarlara tədarukü üçün bir neçə marşrutu nəzərdən keçiririk. Azərbaycan da onlardan biridir. Biz bu məsələdə maraqlıyıq. Hələ ki, danışıqlar gedir, nə tarix, nə də tədarük həcmləri barədə heç nə məlum deyil" - deyə o bildirib.

Tengiz yatağı 1979 -cu ildə açılıb və dünyanın ən iri yataqlarından biridir. Qiymətləndirmələrə əsasən, Tengiz yatağının kollektorundan çıxarılan neft ehtiyatları 750 mln. tondan 1,1 mlrd. tonadək ( 6-9 mlrd. barel) təşkil edə bilər.

"Tenqizşevroyl" ilə tərəfdaşlıq Qazaxıstan və "Şevron" şirkəti arasında razılaşmaya əsasən 1993-cü il aprelin 6-da qurulub.

Hazırda "Tenqizşevroyl"un tərəfdaş-mülkiyyətçiləri bunlardır: "Şevron" - 50 faiz, "KazMunayqaz" - 20 faiz, "Ekson Mobil Qazaxıstan Vençurs İnk" - 25 faiz və "LukArko" BM - 5 faiz

2008-ci ilin birinci rübündə TŞO-da 4,3 mln. metr.ton (30 mln. barel) xam neft hasil edilib. Onlardan 3,8 mln. metr.ton xam neft reallaşdırılıb ki, bundan 3,1 mln. tonu Novorossiyskdən KTK ixrac boru kəməri vasitəsilə ixracat üçün çatdırılıb. Yerdə qalan həcm isə dəmir yolu vasitəsilə nəql olunub və Odessadakı terminaldan ixrac olunub.

TŞO Avropa və Amerikaya xam neft ixracı ilə məşğuldur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti