...

Rəsmi Bakı "Nabukko" qaz kəmərinin Ermənistan ərazisindən keçməsini mümkün saymır

Energetika Materials 24 Sentyabr 2008 14:55 (UTC +04:00)
Rəsmi Bakı "Nabukko" qaz kəmərinin Ermənistan ərazisindən keçməsini mümkün saymır

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan və Mərkəzi Asiya qazını Avropaya nəql edəcək "Nabukko" qaz kəməri Ermənistan ərazisi vasitəsilə çəkilə bilməz.

"Artıq "Nabukko" qaz kəmərinin çəkilmə marşrutu müəyyənləşdirilib. Qaz kəmərinin Azərbaycan ərazisindən Gürcüstana, oradan Türkiyəyə və daha sonra Yunanıstan və İtaliyaya çəkilməsi nəzərdə tutulub", - deyə çərşənbə günü jurnalistlərə Azərbaycan Prezidentinin İcra Aparatının İctimayi-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Türkiyə KİV-nin yazdığına görə, rəsmi Ankara ilə Yerevan arasında "Nabukko" qaz kəmərinin Ermənistan ərazisindən çəkilməsinə dair razılıq əldə olunub. Həsənov qeyd edib ki, kəmərin çəkilmə marşrutunun dəyişdirilməsi ilə bağlı Azərbaycan tərəfində heç bir məlmat və təklif yoxdur.

"Bu gün biz bu kəmər üzrə marşrutun dəyişdirilməsi ilə bağlı təkliflərin irəli sürülməsinə heç bir əsas görmürük. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, nə qədər ki Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyib və Cənubi Qafqazda sülh prosesi yaranmayıb, Azərbaycan Ermənistanla heç bir əməkdaşlığa getməyəcək, o cümlədən transmilli layihələrin reallaşdırılması sahəsində", - deyə o əlavə edib.

"Nabukko"nun layihə gücü ildə 26-32 mlrd. kubmetr qaz təşkil edir. Onun tikintisinin 2013-cü ilədək başa çatdırılması planlaşdırlır. Qaz kəmərinin tikintisi üzrə konsorsiumda bu şirkətlər iştirak edir: OMV Gas GmbH (Avstriya), Botas (Türkiyə ), Bulgargaz (Bolqarıstan) , S.N.T.G.N. Transgaz S.A. (Rumıniya),  MOL Natural Gas Transmission Company Ltd. (Macarıstan), RWE (Almaniya).

Məqalə müəllifi imlə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti