...

Azneftkimyamash ASC istehsal həcmini xeyli artırıb

Energetika Materials 5 Dekabr 2008 20:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr/ Trend , müxbir S.Babayeva/ Azneftkimyamash ASC yanvar-noyabr ərzində istehsalı 30 faiz artırıb, - ASC - nin baş iqtisadçısı Nəriman Böyükkişi cümə günü bildirib.

Onun sözlərinə görə, 11 ay ərzində 33,5 mln. manatlıq neft - mədən, geoloji- kəşfiyyat avadanlığı, alət və onlara ehtiyat hissələri istehsal edilib, 31 mln. manatlıq məhsul satılıb ki, bu da 2007- ci ilin yanvar-noyabr göstəricilərini 35 faiz üstələyir.

Bu dövrdə Zabrat Maşınqayırma Zavodu 5 mln. manatlıq, Suraxanı Maşınqayırma Zavodu - 4,8, "Bakı Fəhləsi" zavodu - 4 mln. manat, Sabunçu EİB - 3,3 mln. manat, Bakı Neft-Mədən Maşınqayırması Zavodu - 3,9 mln. manat, Sərdarov adına zavod - 2,1 mln. manat, Bakı Maşınqayırma Zavodu - 2,3 mln. manat, Səttarxan adına zavod isə 3 mln. manatlıq məhsul istehsal edib.

Təşkilat 2008 - ci ildə 33,5 mln. manatlıq məhsul istehsal etməyi proqnozlaşdırır.

Azneftkimyamash ASC respbublika prezidentinin 2001 - ci il 22 mart tarixli qərarı ilə Azneftkimyamash Dövlət Şirkətinin bazasında yaradılıb. ASC - nin tərkibinə 14 maşınqayırma zavodu, dörd elmi - tədqiqat və layihə - konstruktor institutu daxildir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti