...

Almaniya "Nabukko" qaz kəmərinin uğurlu realizəsinə ümid edir - dövlət naziri

Energetika Materials 2 Aprel 2009 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir А.Bədəlova / 

"Almaniya "Nabukko" layihəsinə maraq göstərir və mayda layihəyə üzv ölkələrin sammitində onun realizəsi məsələlərində uğur əldə ediləcəyinə ümid edir", - Trend -a Bakıda AFR XİN-in dövlət naziri Gernot Erler deyib.

"Belə layihələrə nəinki Almaniya, həm də bütün Avropanı maraqlandırır. Çünki bütün Avropa ölkələrinə qaz lazımdır. Biz yalnız "Nabukko" deyil, həmçinin digər bu cür enerji layihələrində də maraqlıyıq", - Erler bildirib.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Mayın 8-də Praqada layihənin iştirakçı ölkələrinin sammiti nəzərdə tutulub.

Ötən ilin dekabrında Rusiya və Ukrayna arasında qaz münaqişəsindən sonra Aİ bu layihənin ən tez bir zamanda realizəsinin vacibliyini bildirib.

"Nabukko"nun tikinti müddəti haqda danışarkən Erler deyib ki, bu məsələ vaxt tələb edir.

"Bu problemi belə tezliklə həll etmək mümkün deyil", - Erler bildirib.

Dövlət nazirinin sözlərinə görə, ilk növbədə, maraqlı tərəflər arasında müqavilə bağlanmalı, qiymət, qaz kəmərinin çəkilməsi xərcləri danışılmalıdır. Həmçinin onun sözlərinə görə, qazın alıcısının kim olacağını da müəyyən etmək lazımdır.

"İndiyə qədər məlum deyil ki, qaz kəmərinin salınması üzrə xərcin əsas hissəsini kim öz üzərinə götürəcək - bu, 8 milyard avrodan çox bir məbləğdir. Bu məsələ ilə bağlı razılaşma, müqavilə yoxdur. Biz qısa müddətdə bunları həll edə bilmərik", - Erler deyib.

"Nabukko" qaz kəmərinin tikintisinə 2011-ci ildə başlamaq, ilk tədarükü isə 2014-cü ildə həyata keçirilmək planlaşdırılır.

AFR XİN-in dövlət naziri Erler Bakıda 31 mart-3 aprel aralığında səfərdədir. Səfər çərçivəsində onun Milli Məclisin sədri Oqtay Əsədov, XİN başçısının müavini Xələf Xələfov və müxalifət partiyalarının nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti