...

Azərbaycan neftinin qiyməti: 27 aprel-1 may həftəsinin yekunları

Energetika Materials 4 May 2009 12:24 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 27 aprel-1 may həftəsinin yekunları

Azərbaycan, Bakı, 04 may / Trend , müxbir A.Bədəlova/

27 aprel-1 may həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $50,36/barr. təşkil edib.

27 aprel -1 may həftəsində AZERI LT neftinin maksimal qiyməti $52,4/barr, minimal qiyməti isə $48,65/barr təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

27 aprel -1 may həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $48,34/barr təşkil edib.

27 aprel -1 may həftəsində URALS neftinin maksimal qiyməti $49,73/barr, minimal qiymət isə $46,76/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

27 aprel -1 may həftəsində Brent Dated neftinin orta qiyməti $50,17/barr təşkil edib.

Ötən həftə Brent neftinin maksimal qiyməti $143,51/barr, minimal qiymət isə $50,17/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti