...

Azərbaycan sutka ərzində 25 milyon kubmetr qaz əldə edir

Energetika Materials 12 İyun 2009 19:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend /

Hazırda Azərbaycan sutka ərzində 26-27 milyon kubmetr qaz əldə edir, cümə günü neft-qaz sahəsində olan mənbə bildirib. Azərbaycanın əldə etdiyi ümumi qazın həcmindən 12 milyon kubmetr "Azəri-Çıraq-Günəşli" (AŞG) neft-qaz yatağının blokundan hasil edilən səmt qazı, qalan 15-16 milyon kubmetr SOCAR (Azərbaycan Respublıikası Dövlət Neft Şirkəti) tərəfindən hasil olunan qazın payına düşür

AÇG dəniz yatağı blokunun işlənməsi üzrə layihənin iştirakçıları BP (operator - 34,1367 faiz pay iştirakı), ChevronTexaco (10,2814 faiz), SOCAR (10 faiz), INPEX (10 faiz), Statoil Hydro (8,5633 faiz), ExxonMobil (8,006 faiz), TPAO (6,75 faiz), Devon Energy (5,6262 faiz), Itochu (3,9205 faiz), Delta Hess (2,7213 faiz).

Mənbənin bildirdiyinə görə, Azərbaycanın əldə etdiyi ümumi qazın həcmindən 10 milyon kubmetr elektrik stansiyalarına yanacaq kimi  "Azərenerji" SC-yə (ölkənin böyük elektrik enerji istehsalçısı), 7-7,5 milyon kubmetr qaz sutka ərzində ölkənin yeraltı qaz anbarlarına ötürülür, qalan hissə isə ölkənin qazayırıcı sistemi "Azəriqaz" QSC-yə verilir.

Hazırda Azərbaycanda 2 yeraltı qaz anbarı mövcuddur, "Qaradağ" yeraltı qaz anbarının aktiv tutumu 500 milyon kubmetr, "Kalmaz" yeraltı qaz anbarının tutumu isə 1,1 milyard kubmetr təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti