...

Azərbaycanın iki quru yatağının ekoloji hesabatı hazırlanıb

Energetika Materials 2 İyul 2009 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend /

"Ekol Muhendislik Xidmetleri" QSC "Kürsəngi" və "Qarabağlı" quru yataqlarını işlədən "Salyan oil" şirkəti ilə bağlanılan müqaviləyə əsasən, bu yataqlarda yığılıb qalan neft şlamının bioremediasiyası layihəsinin realizəsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə sənədi hazırlayıb", - QSC-nin cümə axşamı yaydığı məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, sənəd artıq texniki baxışdan keçib.

Şlamın rekultivasiyası üzrə "Ekol" QSC və "Salyan oil" arasındakı müqavilə 2008-ci il dekabrın 25-də imzalanıb.

İlkin tədqiqatlara əsasən, bu yataqların mədən ərazilərində təxminən 40 min kubmetr şlam yığılıb. Layihənin realizəsinə 2009-cu ilin yanvarından başlanılıb və ilin sonunda başa çatacaq.

Bu layihənin əsas mahiyyəti bu meydançaların ekoloji durumunun yaxşılaşdırılması, QSC-nin yeni tərəfdaşları ilə əməkdaşlığın genişləndirilməsi və müəssisənin beynəlxalq maliyyə böhranı şəraitində iqtisadi imkanlarının yaxşıladırılmasıdır.

"Salyan oil" şirkəti 2009-cu ildə işlənilən yataqlarda dörd istismar quyusu qazmağı planlaşdırır.

2006-cı ilin martında Abşeron yarımadasında mövcud ekoloji problemlərin həlli üçün yaradılmış "Ekol Muhendislik Xidmetleri" QSC-nin həmtəsisçiləri SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) - 51 faiz və Lancer S.A. Services-dir - 49 faiz.

Xəbər lenti

Xəbər lenti