...

"Ələt-Aşkelon" boru kəməri vasitəsilə Azərbaycan neftinin nəqli iqtisadi cəhətdən effektiv layihədir - səfir

Energetika Materials 2 Dekabr 2009 15:52 (UTC +04:00)
"Ələt-Aşkelon" neft-kəməri vasitəsilə Azərbaycan neftinin İsrailə nəqli həyatqabiliyyətli və iqtisadi cəhətdən effektiv layihədir. Bu barədə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon-Lotem TREND-ə müsahibəsində deyib.
"Ələt-Aşkelon" boru kəməri vasitəsilə Azərbaycan neftinin nəqli iqtisadi cəhətdən effektiv layihədir - səfir

Azərbaycan, Bakı, 02 dekabr / Trend /

"Ələt-Aşkelon" neft-kəməri vasitəsilə Azərbaycan neftinin İsrailə nəqli həyatqabiliyyətli və iqtisadi cəhətdən effektiv layihədir. Bu barədə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon-Lotem TREND-ə müsahibəsində deyib.

"Bütün ekspertlər hesab edirlər ki, iqtisadi baxımdan bu layihə Uzaq Şərqə neft nəql etmək üçün həyatqabiliyyətli və mənfəətli üsuldur. Əsas məsələ müxtəlif ixracatçıları bundan istifadə etməyə inandırmaqdır və biz bunun üzərində işləyirik. Hesablamalar bu layihənin mənfəətli olmasını göstərir", - səfir deyib.

Hazırda Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılan yüngül nefti "Bakı-Tbilisi-Ceyhan" (BTC) boru kəməri vasitəsilə Aralıq dənizinə çatdırılır. Bu boru kəməri sutkada 1,2 milyon barel neft nəql edir. Azərbaycan neftindən əlavə bu boru kəməri vasitəsilə Qazaxıstanın "Tengiz" yatağından hasil edilən Chevron şirkətinin nefti nəql edilir.

Bu gün BTC neft-kəməri vasitəsilə nəql olunan neftin əsas həcmi Cənub-Şərqi Asiya bazarında neft ticarətinin genişləndirilməsində maraqlı olan ARDNŞ-yə məxsusdur.

Ekspertlərin fikrincə, Ceyhandan Aşkelona, daha sonra mövcud boru kəməri vasitəsilə Ələtdən Qırmızı dənizə neft nəqli Azərbaycan neftinin Asiya bazarına daşınma effektini artırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti