...

Türkmənistan avadanlıqların alınması üçün Çinin Eksimbank-ından güzəştli kredit alıb

Energetika Materials 14 Dekabr 2009 11:42 (UTC +04:00)
Çin Türkmənistana rabitə və nəqliyyat, yanacaq-energetika kompleksi üçün müvafiq avadanlıqların alınması üçün güzəştli kredit təqdim edib.
Türkmənistan avadanlıqların alınması üçün Çinin Eksimbank-ından güzəştli kredit alıb

Türkmənistan, Aşqabad, 14 dekabr / Trend , müxbir H. Həsənov/

Çin Türkmənistana rabitə və nəqliyyat, yanacaq-energetika kompleksi üçün müvafiq avadanlıqların alınması üçün güzəştli kredit təqdim edib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov kreditin alınmasına razılıq verib. Türkmənistan Dövlət Bankının sərəncamına əsasən, Çinin İxrac-İdxal Bankı ilə 20 il müddətinə kredit müqviləsi bağlanıb.

Söhbət bu kredit hesabına neft-qaz, telekommunikasiya avadanlıqlarının ÇXR-dən alınması və burada müvafiq komplekslərin işə salınması və sərnişin qatarlarının alınmasının maliyyələşdirilməsindən gedir.

Xəbər lenti

Xəbər lenti