...

ARDNŞ Azərbaycan rayonunda qazpaylayıcı şəbəkənin yenidən qurulmasını aparır

Energetika Materials 21 Dekabr 2009 19:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 dekabr / Trend /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Azərbaycanın Hacıqabul rayonunda qazpaylayıcı sistemin yenidən qurulması üzrə işləri davam etdirir. Bu barədə bazar ertəsi ARDNŞ-nin yaydığı məlumatda deyilir.

Şəbəkələrin yenidən qurulmasna ehtiyac bu il sentyabr ayında rayonda baş verən və qaz verilişinin dayandırılmasına səbəb olan sel və daşqınlar nəticəsində yaranıb.

Aparılan işlər nəticəsində "Hacıqabul-1" qazpaylayıcı stansiyadan iki qaz xətti çəkilib - biri 1,5 kilometr, digəri isə 3,35 kilometr uzunluğundadır.

Həmçinin səkkiz küçədə 10 kilometrdən çox uzunluqda olan qazpaylayıcı xətlər çəkilib.

Ölkənin qaz təsərrüfatı hazırda ARDNŞ-nin tərkibinə daxil olan "Azəriqaz" İstehsalat Birliyi balansında yerləşir.

Xəbər lenti

Xəbər lenti