...

ARDNŞ Ukraynada YDM şəbəkəsinin alınmasını başa çatdırır

Energetika Materials 26 Dekabr 2009 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr / Trend , müxbir E.İsmayılaova/

ARDNŞ (Azərbaycan Resdpublikası Dövlət Neft Şirkəti) Ukraynada təxminən 30 yanacaqdoldurma məntəqəsinin (YDM) alınması prosesini Ukrayna bazarının öyrənilməsinə yönəldilmiş pilot layihə çərçivəsində başa çatdırır. Bu barədə şənbə günü ARDNŞ-nın prezidenti Rövnəq Abdullayev deyib.

"Biz artıq YDM-in alqı-satqısı prosesini başa çatdırırıq. Pilot layihə qismində biz 2010-cu ildən Ukraynada təxminən 30 YDM-i istismara verəcəyik", - Abdullayev deyib.

Əvvəlcə Azərbaycan Kremençuk neft emalı zavoduna emal edilməsi üçün neft tədarük etmişdi. Tədarük Qara və Aralıq dəniz limanlarından tenderlər əsasında həyata keçirilir. Ukraynanın Kremençuk neft emalı zavodunda Azərbaycan nefti oktyabrda 200 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti