...

Azərbaycan paytaxtında qaz istehlakı artmaqda davam edir

Energetika Materials 28 Dekabr 2009 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir E.İsmayılov/

"Azəriqaz" İB yanında "Bakqaz" İdarəsinin (Bakıda qaz istehsalçısı və paylayıcısı) şəhərin qaz sisteminə orta sutkalıq qaz verilişi hazırda 10,6 milyon kubmetr təşkil edir. Dekabrın 21-də bu göstərici 10,4 milyon kubmetr olub. Bu barədə bazar ertəsi idarədəki mənbə deyib.

"Şəhərdə qaz istehlakı artıb və artıq sutkada 10,6 milyon kubmetrə çatıb", - mənbə deyib.

Mənbənin əvvəl dediyi kimi, yanvar-oktyabrda paytaxt istehlakçılarına 2,1 milyard kubmetrdən çox qaz ötürülüb. Noyabrda paytaxtın qaz sisteminə oktyabrda ötürülmüş 123,6 milyon kubmetr məişət qazına nisbətdə 216 milyon kubmetr məişət qazı verilib.

Sentyabr ayında şəhər sisteminə təxminən 108 milyon kubmetr qaz ötürülüb. Avqust ayında şəhər sisteminə 104 milyon kubmetrə yaxın, iyulda - 109 milyon kubmetrə yaxın, iyunda - 114 milyon kubmetrdən çox, mayda isə 141 milyon kubmetrə yaxın qaz verilib.

Keçən il İB Bakının qaz sisteminə ümumilikdə 2,45 milyard kubmetrə yaxın qaz verib.

2008-ci ildə "Bakqaz" ölkənin qaz sisteminə qazın verilişinin mövsümi rejimindən tamamilə imtina edib. Bundan sonra verilən qazın həcmi istehlakçının tələbinə uyğun olaraq müəyyənləşdirilir. Əvvəllər yay mövsümündə qazın sutkalıq verilişi 3-4 milyon kubmetr, qışda isə 10-13 milyon kubmetr təşkil edirdi.

Xəbər lenti

Xəbər lenti