...

Gürcüstanda qaz anbarının inşası üzrə layihə işlərini həyata keçirəcək şirkət məlum olacaq

Energetika Materials 29 Dekabr 2009 11:20 (UTC +04:00)
Çərşənbə axşamı Gürcüstanda yeraltı qaz anbarının inşasına dair layihə işlərini həyata keçirəcək şirkətin adı məlum olacaq.
Gürcüstanda qaz anbarının inşası üzrə layihə işlərini həyata keçirəcək şirkət məlum olacaq

Gürcüstan, Tbilisi, 29 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Çərşənbə axşamı Gürcüstanda yeraltı qaz anbarının inşasına dair layihə işlərini həyata keçirəcək şirkətin adı məlum olacaq.

Minillik Fond və Gürcüstanda qaz anbarının inşasına dair layihə işlərinin icrası üzrə beynəlxalq tenderin qalibi 3,5 milyon dollar dəyərində müqavilə imzalayacaq.

Sənədin imzalanma mərasimində Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, ABŞ səfiri Con Bas və digər rəsmi şəxslər iştirak edəcək.

Tenderdə iştirak etmək üçün yeddi şirkət ərizə verib. Tenderin şərtlərinə görə, müqavilənin icra müddəti 12 aydır.

Qaz anbarının Ninosminda yatağında inşa edilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti