...

ARDNŞ və İran Milli Qaz Şirkəti Bakıda qaz üzrə danışıqlara başlayıb

Energetika Materials 11 Yanvar 2010 20:52 (UTC +04:00)
İran Milli Qaz İxrac Şirkətinin icraçı direktoru Seyid Rza Kesaizadə Azərbaycan qazının İrana ixracı məsələsi üzrə danışıqların davam etdirilməsi məqsədi ilə Azərbaycana gəlib. Bu barədə bazar ertəsi İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İskəndəri Trend Capital-a deyib.

Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir T.Cəfərov/

İran Milli Qaz İxrac Şirkətinin icraçı direktoru Seyid Rza Kesaizadə Azərbaycan qazının İrana ixracı məsələsi üzrə danışıqların davam etdirilməsi məqsədi ilə Azərbaycana gəlib. Bu barədə bazar ertəsi İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İskəndəri Trend -a deyib.

"Kesaizadə artıq Azərbaycanın rəsmi şəxsləri ilə danışıqlara başlayıb və razılıq əldə olunarsa müqavilə imzalana bilər", - İskəndəri deyib.

Kesaizadə əvvəl bildirib ki, İran Azərbaycandan ildə iki milyard kub metr qaz ala bilər.

15 dekabr 2009-cu il tarixində ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və İranın Milli Qaz İxracı Şirkəti arasında Azərbaycan qazının qış dövründə İranın Şimal əyalətlərinə tədarükü haqqında, məxfilik haqqında, Azərbaycan qazının tədarük edilməsi ilə bağlı beşillik müqavilə üzrə iki həftə ərzində danışıqların keçirilməsi haqqında müqavilə imzalanıb.

Bir müddət əvvəl ARDNŞ prezidenti Rövnəq Abdullayev demişdi ki, İrana iri qaz tədarükünün həyata keçirilməsi ölkələr arasında olan qaz infrastrukturunun təkmilləşdirilməsindən sonra mümkün ola bilər. İnfrrastrukturun modernləşdirilməsi İrana sutkada 5 milyon kubmetrə yaxın qaz tədarük etməyə imkan verir (ildə 1,8 milyard kubmetr). Hazırda infrastruktur ildə 500 milyon kubmetrə yaxın qaz tədarük etməyə imkan verir.

Azərbaycan və İranı ümumi uzunluğu 1474,5 kilometr olan, 296,5 kilometri Azərbaycan ərazisində yerləşən "Qazı Məhəmməd-Bind-Biand" qaz kəməri əlaqələndirir. Bu boru kəmərinin layihə üzrə ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr təşkil edir. Bu marşrut 1971-ci ildə istismara verilən "Qazax-Astara-İran" boru kəmərinin qoludur. Onun istiqamətində üç kompressor stansiyası - Qazı Məhəmməd, Ağdaş və Qazax stansiyaları tikilib. Qaz nəqliyyatı sistemi 55 atmosfer təzyiqi gücündə nəzərdə tutulub. Boru kəmərinin diametri 1200 millimetridir.

Xəbər lenti

Xəbər lenti