...

Eni şirkətinin rəhbəri "Nabukko" və "Cənub axını" layihələrini birləşdirməyə çağırır

Energetika Materials 10 Mart 2010 16:15 (UTC +04:00)
"Cənub axını" layihəsinin "Qazprom" şirkəti ilə bərabər səviyyədə səhmdarı olan İtaliyanın Eni şirkətinin rəhbəri Poalo Skaroni "Nabukko" və "Cənub axını" layihələrinin xərclərinin azaldılması üçün bu layihələrin birləşdirməsini təklif edib.
Eni şirkətinin rəhbəri "Nabukko" və "Cənub axını" layihələrini birləşdirməyə çağırır

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir A.Bədəlova/

"Cənub axını" layihəsinin "Qazprom" şirkəti ilə bərabər səviyyədə səhmdarı olan İtaliyanın Eni şirkətinin rəhbəri Poalo Skaroni "Nabukko" və "Cənub axını" layihələrinin xərclərinin azaldılması üçün bu layihələrin birləşdirməsini təklif edib.

"Əgər layihə üzrə parterlər iki boru kəmərini bir marşrutun hissələri kimi birləşdirsə, bu zaman biz investisiyaları və əməliyyat xərclərini azalda və vəsait artımını sürətləndirə bilərik", - Hyustonda CERAweek konfransında çıxış edən Skaroninin sözlərinə istinadən "Bloomerg" yazır.

Onun sözlərinə görə, təklif edilən strategiya Avropanı uzunmüddətli qaz tədarükü ilə təmin edəcək.

Skaroninin sözlərinə görə, 2020-ci ilə Avropanın sutkalıq qaz idxalına tələbatı əlavə olaraq 180 milyon kubmetr təşkil edə blər.

"Əgər boru kəməri birləşməsi əsas bazarlara qaz tədarükünü təmin edə bilərsə, Afrika, Türkmənistan və Qazaxıstandan olan yeni qaz mənbələri Avropanın yanacaq təlabatını təmin etməyə kömək edəcək", - Skaroni deyib.

2008-ci ildə Avropa tərəfindən idxal edilən qazın böyük hissəsi Rusiyanın payına düşüb. Hazırda "Nabukko" qaz kəməri Avropa üçün prioritet layihədir. Bu layihə Avropanın Rusiyadan asılılığını azaltmağa imkan verir. Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" kəməri ilə Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qazın ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

"Cənub axını" layihəsi Qara dənizin dibi ilə Rusiyadan Cənubi və Mərkəzi Avropaya qaz tədarükünü nəzərdə tutur. Layihənin əsas iştirakçıları Rusiyanın "Qazprom" və İtaliyanın ENİ şirkətləridir. Qaz kəmərinin istismara verilməsi 2015-ci ilə planlaşdırılır. Qaz kəmərinin planlaşdırılmış maksimum gücü ildə 63 milyard kubmetr təşkil edir. Layihə 25 milyard avro dəyərində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti