...

Azərbaycan neftinin qiymətləri martın 30-da azalıb

Energetika Materials 31 Mart 2010 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir E.İsmayılov/

Azərbaycanın yüngül neftinin qiyməti martın 30-da CIF liman Augusta şərtləri ilə $81,78/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə günü verilən məlumata görə, çərşənbə axşamı neftin qiyməti bazar ertəsinə nisbətən $0,54/barel aşağı düşüb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan "Bakı-Tbilisi-Ceyhan" boru kəməri ilə Türkiyənin Ceyhan, dəmir yolla Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 30-da $80,89/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,25/barel aşağıdır.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal "Bakı-Novorossiysk" boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikliyinə görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 30-da $76,46/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,58/barel aşağıdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti martın 30-da $76,65/barel təşkil edib. Bu, əvvəlki qiymətdən $0,48/barel aşağıdır.

Xəbər lenti

Xəbər lenti