...

ARDNŞ Neft Emalı Zavodunda qurğunun əsaslı təmirini aparır

Energetika Materials 29 May 2010 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azneftyağ" Neft Emalı Zavodundakı "Sürtkü yağlarının hidrogenlə təmizlənməsi" qurğusunun əsaslı təmirini həyata keçirir. Bu barədə ARDNŞ-nin məlumatına bildirilir.

Məlumatda qeyd olunduğu kimi, boru kəməri xətlərinin, aparat və avadanlıqların təmiri başa çatıb. Lakin bununla yanaşı, bəzi avadanlıqların, eləcə də idarəetmənin pnevmatik sistemdən elektron sistemə keçidinin yenilənməsi zərurəti yaranıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Həmçinin hazırda sexin əmtəə şöbəsində yerləşən çənlərin təmir olunması üzrə işlər gedir. Eləcə də 750 kubmetr tutumu olan altı və 400 kubmetrlik bir çəndə əsaslı təmir işləri aparılır. 750 kubmetr tutumu olan dörd və 400 kubmetrlik beş çəndə cari təmir işləri aparılıb. Çənlərlə yanaşı, çənləri birləşdirən boru kəmərlərində də təmir işləri görülüb. Hazırda müasir yanğınsöndürmə sistemi və elektron ölçmə cihazlarının quraşdırılması üzrə işlər həyata keçirilir. Ötən il və bu ilin ilk üç ayı ərzində beşinci sexdəki qurğu 111 min ton M-12Bb markalı (mühərrik yağı), C-ll (11 markalı silindr yağı), AK-15 (Bakı avtotraktor yağı) və DT-20 yağı istehsal edib. Qurğu 1981-ci ildən işləyir və onun illik gücü 790 min ton təşkil edir.

Xəbər lenti

Xəbər lenti