...

İyunun 30-da Azərbaycan neftinin qiymətləri artıb

Energetika Materials 1 İyul 2010 12:50 (UTC +04:00)

Аzərbaycan, Bakı, 1 iyul /Trend, müxbir E.İsmayılov/

CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 30-da $77,12 /barel təşkil edib. Xarici həmkarları ilə birgə 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə axşamı verilən məlumata görə, çərşənbə günü neftin qiyməti çərşənbə axşamına nisbətən $0,23 /barel artıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan "Bakı-Tbilisi-Ceyhan" boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, Azeri Light Bakı-Supsa boru kəməri vasitəsilə Supsa gürcü limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 30-da $76,21 /barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,35 /barel çoxdur.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal "Bakı-Novorossiysk" boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikliyinə görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 30-da $72,79 /barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,28 /barel çoxdur.

Şimal dənizində hasil olunan Brent Dated neft növünün qiyməti iyunun 30-da $74,97/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,31/barel çoxdur.

Xəbər lenti

Xəbər lenti