...

ТАР qaz kəməri Cənub enerji dəhlizinin birinci mərhələsi olacaq - layihənin icraçı-direktoru

Energetika Materials 5 Oktyabr 2010 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir E.İsmayılov/

Transadriatik qaz kəməri (TAP) layihəsinin iştirakçıları "Şahdəniz" qaz kondensatı yatağının ikinci mərhələsinin tələblərinə uyğun gəlmək məqsədilə nəql üzrə qərar axtarırlar. Bu barədə bazar ertəsi layihənin rəsmi internet-saytında yerləşdirilmiş məlumatda bildirilir. Bu barədə TAP icraçı-direktoru Kjetil Tuqlənd İstanbulda enerji məsələlərinə həsr olunmuş forumda bildirib.

Onun sözlərinə görə, "Şahdəniz" layihəsinin ikinci mərhələsi kimi layihələrə 20 milyard avro sərmayə qoymaqla sərmayədarlar bu əhəmiyyətli məbləği həcm bazarlarına daha effektiv çıxışı yolu ilə müdafiə etmək istərdilər.

"Şahdəniz"in ikinci mərhələsinə TAP-ın töhfəsi Avropaya ildə 10 milyard kubmetr Xəzər qazı çatdıracaq Cənub enerji dəhlizində ən qısa yolu təmin etməkdir. ТАР qaz kəməri gələcəkdə həcmlərin nəqlinin 20 milyard kubmetrədək artırılmasını nəzərdə tutur. TAP, həmçinin, Balkan regionunda birləşdirici qaz kəmərlərinin tikintisi üçün də uğurlu variantdır və yeraltı saxlanma variantını və reversin əhəmiyyətli imkanlarını təklif edir ki, bu da təkcə Şərqdən Qərbə deyil, həm də əks istiqamətdə qaz axınını təmin etməyə imkan verir.

"TAP reverslə Balkan regionu ölkələrinin özlərini zəruri enerji ilə təmin etmək qabiliyyətində olacaqlarını mümkün edəcək", - o bildirib.

Tuqlənd bildirib: "Avrasiyada enerji layihələrinin reallaşdırılması üçün zəruri inkişafın nəhəng ölçüsü və miqyasına görə regionun enerji gələcəyini, bununla, eləcə də Cənubi qaz dəhlizini nəzərdə tuturam, qazın gedəcəyi dövrədək hazır ola biləcək etibarlı və kommersiya baxımından həyat qabiliyyəti olan layihələrə əsaslanaraq addımbaaddım, mərhələli şəkildə qurmaq zəruri olacaq".

"Əminəm ki, TAP Xəzər qazının əlçatan olması üçün ən yaxşı variantdır və o, Cənubi qaz dəhlizinin açılışında ilk mərhələ olacaq", - o deyib.

TAP layihəsi 2003-cü ildə İsveçrənin "EGL Group" şirkəti tərəfindən hazırlanıb. 2008-ci ildə Norveçin "Statoil", 2010-cu ilin mayında isə Almaniyanın "E.ON Ruhrgas" şirkətləri ona qoşulub. Bu gün "EGL" və "Statoil" hər biri səhmlərin 42,5 faizinə, "E.ON Ruhrgas" isə 15 faizinə sahiblik edir. Boru kəmərinin ilkin buraxılış qabiliyyəti ildə 10 milyard, maksimum isə 20 milyard kubmetrdir.

Xəbər lenti

Xəbər lenti