...

ARDNŞ Novorossiysk limanından 1 milyon tondan çox neft ixrac edib

Energetika Materials 2 Avqust 2011 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Yanvar-iyul aylarında ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Novorossiysk limanından 1,17 milyon tona yaxın neft ixrac edib. Bu göstərici ötən ilin analoji dövründə 583,35 min ton olub. Bu barədə ARDNŞ-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Məlumata görə, iyunda Novorossiysk limanından 85,65 min ton neft ixrac edilib. Bu göstərici iyunda 163,74 min ton olub.

Ötən il ARDNŞ Novorossiyskdən 2,24 milyon ton neft ixrac edib. Bu göstərici 2009-cu ildə 2,5 milyon ton olub.

2008-ci ildə ARDNŞ Bakı-Novorossiysk boru kəməri ilə 1,2 milyon ton neft ixrac edib. 2007-ci ildə bu marşrut üzrə 1,2 milyon tona yaxın neft ixrac olunub. Bu, 2006-cı ilin anoloji göstəricisinə uyğundur. 2005-ci ildə bu boru kəməri ilə ixrac 1,6 milyon ton təşkil edib.

ARDNŞ tender əsasında Novorossiysk limanından Bakı-Novorossiysk kəməri ilə çatdırılan nefti satır. Şirkət öz vəsaitləri hesabına quruda və dənizdə hasil etdiyi xammalı, eləcə də Azərbaycanın quru yataqlarında işləyən birgə müəssisələr və əməliyyat şirkətlərinin xammalını satır.

Bakı-Novorossiysk kəmərinin operatoru 2007-ci ilin sonunadək ABƏŞ olub. O, sonradan bu funksiyanı ARDNŞ-yə verib.

Xəbər lenti

Xəbər lenti