...

Azərbaycan neft emalını artırıb

Energetika Materials 6 Sentyabr 2011 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir E.İsmayılov/

2010-cu ilin yanvar-avqustunda Azərbaycanda emal olunan təxminən 4,2 milyon ton neft müqabilində bu ilin eyni dövründə 4,27 ton neft emal olunub. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin məlumatında deyilir.

Həmin dövrdə ən yüksək istehsal həcmi təxminən 1,57 min ton ilə dizel yanacağının payına düşür ki, bu həcm ötən ilin müvafiq dövründə 1,63 min ton olub.

Ümumi gücü ildə 20 milyon ton olan iki Bakı neft emalı zavodunda ARDNŞ öz vəsaiti hesabına çıxardığı nefti emal edir.

Azərbaycanda neft məhsullarının istehsalı (min tonla):

Məhsul

yanvar-avqust

2010-cu il

yanvar-avqust

2011-ci il

Benzin - ümumi

934,78

942,43

- avtomobil benzini

816,51

820,63

- birbaşa qovulmuş benzin

118,27

121,8

Dizel yanacağı

1629,38

1567,78

Soba mazutu

123,54

155,93

Neft bitumu

149,21

163,33

Neft koksu

298,19

185,14

Sürtkü yağları

51,13

65,81

Maye qaz

137,23

138,97

Mühərrik yanacağı DT

45,77

77,57

Neft emalının cəmi

4164,2

4267,83

Xəbər lenti

Xəbər lenti