...

Azərbaycan elektrik enerjisi istehsalını təqribən 6 faiz artırıb

Energetika Materials 12 Sentyabr 2011 18:01 (UTC +04:00)
"Azərenerji" ASC (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) 2011-ci ildə elektrik enerjisi istehsalını illik hesablamada 5,6 faiz artırıb.
Azərbaycan elektrik enerjisi istehsalını təqribən 6 faiz artırıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir E.İsmayılov/

"Azərenerji" ASC (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) 2011-ci ildə elektrik enerjisi istehsalını illik hesablamada 5,6 faiz artırıb. Trend-in məlumatına görə, bu barədə ASC-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

Yanvar-avqustda enerji sistemində 13,2 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib ki, ötən ilin analoji dövründə bu həcm 12,5 milyard kilovat-saatdan çox olub. 11,1 milyard kilovat-saatdan çoxu İES-lərin, 2,1 milyard kilovatsaata yaxını isə SES-lərin payına düşür.

Cari ilin avqust ayında ölkənin enerji sistemində 1,5 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin analoji dövründəki göstərici ilə eynidir.

Bununla yanaşı, ay ərzində Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstanla elektrik enerjisi mübadiləsi davam etdirilib.

Xəbər lenti

Xəbər lenti