Azərbaycan, Bakı, 29 fevral /Trend, müxbir E.İsmayılov/
2011-ci ildə Britaniyanın BP şirkəti və tərəfdaşları "Azəri-Çıraq-Günəşli" (AÇG) (operator BP) yataqlar blokunda təxminən 35,4 milyon ton neft (təxminən 262 milyon barel) hasil ediblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü dərc edilən BP-nin ötən ilin yekunlarına dair rəsmi hesabatında deyilir.
Məlumata əsasən, bu yataqlar blokunda orta sutkalıq neft hasilatı 2011-ci ildə 717,6 min barel təşkil edib.
BP 2011-ci ildə AÇG-də 40,6 milyon ton neft (300,4 milyon barel) hasil edib. 2009-cu ildə bu göstərici 40,3 milyondan çox olub.
"Ötən il ərzində layihə çərçivəsində əməliyyat xərclərinin həcmi 699 milyon dollar, kapital xərcləri isə 1,912 milyard dollar təşkil edib", - hesabatda deyilir.
Ötən il AÇG layihəsi üzrə istismar xərcləri 426 milyon dollar, kapital xərcləri isə 1,648 milyard dollar təşkil edib.