...

Şahmar Mövsümov: 2012-ci ildə Dövlət Neft Fondunun gəlirlərinin artımı xərclərin artımına gətirib çıxarmayacaq

Energetika Materials 5 İyun 2012 11:53 (UTC +04:00)
Azərbaycanın dövlət büdcəsi dünya bazarlarında neftin qiymətlərinin tərəddüdlərinə davamlıdır.
Şahmar Mövsümov: 2012-ci ildə Dövlət Neft Fondunun gəlirlərinin artımı xərclərin artımına gətirib çıxarmayacaq

Azərbaycan, Bakı, 5 iyun / Trend, müxbir E.İsmayılov /

Azərbaycanın dövlət büdcəsi dünya bazarlarında neftin qiymətlərinin tərəddüdlərinə davamlıdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) iсraçı direktoru Şahmar Mövsümov bildirib.

"2012-ci il büdcəsində neftin qiymətlərinin proqnozunun 100 dollaradək artırılması neft fondunun gəlirlərini avtomatik olaraq artırır. Odur ki, biz də həmin qiymətlərə uyğun hesablamalar aparırıq. Bununla yanaşı, bizim xərclərimiz əvvəlki kimi qalır", - Mövsümov deyib.

Dövlət Neft Fondunun 2012-ci il üzrə gəlirləri 10 697 030,6 min manat, xərcləri isə 10 751 304 min manat səviyyəsində təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti