...

Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatı 2,5 trilyon kubmetri ötür

Energetika Materials 12 İyun 2012 12:27 (UTC +04:00)
Azərbaycanın proqnozlaşdırılan qaz ehtiyatı neft ekvivalentində 10 milyard ton həcmində qiymətləndirilir.
Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatı 2,5 trilyon kubmetri ötür

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın proqnozlaşdırılan qaz ehtiyatı neft ekvivalentində 10 milyard ton həcmində qiymətləndirilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) geofizika, geologiya və yataqların işlənməsi məsələləri üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən "Böyük dərinliklərin karbohidrogen potensialı: gələcəyin enerji resursları - reallıq və proqnoz" beynəlxalq konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın proqnozlaşdırılan qaz ehtiyatı 6 trilyon kubmetr, proqnozlaşdırılan neft ehtiyatları isə 4 milyard ton qiymətləndirilir.

Öz növbəsində, ölkənin təsdiq edilmiş qaz ehtiyatı 2,55 trilyon kubmetr, neft ehtiyatı isə 2 milyard ton qiymətləndirilir.

Yusifzadənin sözlərinə görə, həmişə neft ölkəsi kimi tanınan Azərbaycan son illər qaz ixracatçısına çevrilib. Xüsusən, ölkə Türkiyə, Gürcüstan, Rusiyaya qaz nəql edir, habelə Azərbaycan qazının Avropaya tədarük imkanları nəzərdən keçirilir.

Xəbər lenti

Xəbər lenti