...

Ucar rayonunun daha bir kəndinə təbii qaz verilib

Energetika Materials 16 Oktyabr 2012 16:16 (UTC +04:00)
Bu gün Ucar rayonunun Xələc kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
Ucar rayonunun daha bir kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Bu gün Ucar rayonunun Xələc kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətilə keçirilmiş təntənəli mərasimdə "Azəriqaz" İB-nin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 141 abonenti olan Xələc kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 13,5 kilometr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 141 qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti