...

Hasilat üzrə icraçı vitse-prezident: BP-nin bütün dünya üzrə ən yaxşı resursları Azərbaycana gətiriləcək

Energetika Materials 24 Oktyabr 2012 19:07 (UTC +04:00)
Ötən həftə Londonda keçirilmiş görüşlərin davamı olaraq BP rəhbərliyinin hasilat, işlənmə, strategiya və inteqrasiya bölümlərini təmsil edən bir qrup yüksək vəzifəli şəxslər Bakıya 3 günlük işgüzar səfər ediblər.
Hasilat üzrə icraçı vitse-prezident: BP-nin bütün dünya üzrə ən yaxşı resursları Azərbaycana gətiriləcək

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Ötən həftə Londonda keçirilmiş görüşlərin davamı olaraq BP rəhbərliyinin hasilat, işlənmə, strategiya və inteqrasiya bölümlərini təmsil edən bir qrup yüksək vəzifəli şəxslər Bakıya 3 günlük işgüzar səfər ediblər. Bu barədə trend-ə BP-dən məlumat verilib.

Səfərdə məqsəd Azəri-Çıraq-Günəşli (AÇG) hasilatı ilə bağlı məsələlərin müzakirəsini davam etdirmək, həmçinin BP-nin region üzrə gələcək planlarını nəzərdən keçirmək idi.

Səfər zamanı Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi ilə görüş, həmçinin BP-nin regional rəhbərliyi və işçi heyəti ilə bir sıra görüşlər keçirilib.

BP-nin işlənmələr üzrə icraçı vitse-prezidenti Bernard Luni deyib: "Keçirilmiş görüşlərin hər biri əhəmiyyətli idi və qarşıda duran vəzifələrimizi əks etdirən işlərin müəyyənləşdirilməsinə kömək etdi. Mən ARDNŞ-nin rəhbərliyinə göstərdikləri əməkdaşlığa və AÇG hasilatı ilə bağlı məsələlərin Azərbaycan xalqının və bizim tərəfdaşların mənafeyi üçün çözülməsində bizimlə birlikdə işləmək niyyətlərinə görə təşəkkür edirəm. Təbii, onlar da istəyirlər ki, bizim işlərimiz uğurlu olsun və biz birlikdə Azərbaycanda dünya səviyyəli biznesimizə davam etmək üçün düzgün tədbirlər həyata keçirməkdə uğurlu olacağıq."

Bakıdakı görüşlər məxsusi olaraq AÇG hasilatı ilə bağlı məsələlərin çözülməsi üçün tədbirlər kursu müəyyənləşdirməyə yönəlib.

"Qazma əməliyyatlarımız da daxil olmaqla iş icramızı bundan sonra da intensivləşdirmək və əsas diqqəti işlərin təhlükəsiz şəkildə aparılmasına yönəltməklə hasilatı maksimallaşdırmaq üçün prioritetlərimiz və həyata keçirəcəyimiz tədbirlər bizə aydındır. Biz AÇG hasilatı ilə bağlı məsələlərin həll edilməsində israrlıyıq və bunu mümkün qədər tez etmək üçün BP-nin bütün dünya üzrə ən yaxşı resurslarını buraya gətirəcəyik. Onu da vurğulamaq istərdim ki, AÇG üzrə tərəfdaşlığımız ötən 18 il ərzində çox uğurlu olub. İndi isə qarşımızda bir çözüləsi məsələ durur və biz ARDNŞ, Azərbaycan hökuməti və tərəfdaşlarımızla birlikdə işləyərək onu mümkün qədər tez yoluna qoymaqda israrlıyıq", - BP-nin hasilat üzrə icraçı vitse-prezidenti Bob Frayar deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti