Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir E.İsmayılov/
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Qaz Emalı Zavodunda yeni separasiya qurğuları istismara verilib.
Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında quraşdırılmış 3 ədəd separator qurğusu təhvil verilən təmizlənmiş qazın tərkibindən C5+ maye karbohidrogen buxarlarının tutulması və onların magistral qaz boru xəttinə düşməsinin qarşısını almaq məqsədilə inşa olunub.
Layihəyə əsasən, separasiya qovşağının məhsuldarlığı 15 milyon m3/sutka təşkil edir.