...

Qazax rayonunda qazın verilişi məhdudlaşdırılacaq

Energetika Materials 5 Fevral 2013 13:25 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar olaraq fevralın 5-də saat 11:00-dan 18:00-dək "Qazax" Qazpaylayıcı Stansiyasından və "Ağköynək" Avtomatik Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.
Qazax rayonunda qazın verilişi məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 5 fevral/Trend, müxbir E. İsmayılov/

Təmir işləri ilə əlaqədar olaraq fevralın 5-də saat 11:00-dan 18:00-dək "Qazax" Qazpaylayıcı Stansiyasından və "Ağköynək" Avtomatik Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehslat Birliyinin yaydığı məlumatda deyilir.

Təmir işləri müddətində Qazax şəhərinin bir hissəsi daxil olmaqla rayonun Cəfərli və Ağköynək kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti