...

Azərbaycanla Kanada arasında neft-qaz sahəsində əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)

Energetika Materials 13 Fevral 2013 03:15 (UTC +04:00)
Azərbaycan Respublikasının Kanadadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev iqtisadi əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə bu ölkənin neft və qaz sənayesi mərkəzi olan Alberta əyalətində işgüzar səfərdədir.
Azərbaycanla Kanada arasında neft-qaz sahəsində əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Azərbaycan Respublikasının Kanadadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev iqtisadi əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə bu ölkənin neft və qaz sənayesi mərkəzi olan Alberta əyalətinə işgüzar səfər edib. Trend xəbər verir ki, səfər çərçivəsində ilk görüşlər Alberta əyalətinin "neft paytaxtı" Kalqari şəhərində keçirilib.

Kalqari şəhərinin meri Nahid Nenşi ilə görüşdə Azərbaycan və Kanada yerli özünüidarəetmə orqanları, o cümlədən, Bakı və Kalqari arasında tərəfdaşlıq imkanları əsas müzakirə mövzusu olub. Bundan başqa, Kanada və Azərbaycanın neft və qaz sənayeləri arasında, eləcə də, elm və təhsil sahələrində əməkdaşlıq imkanları, o cümlədən, Kalqari universitetinə daha çox Azərbaycanlı tələbələrin cəlb edilməsi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Kanada Enerji Boru Kəmərləri Assosiasiyasının prezidenti Brenda Kenni və Kanada Neft İstehsalçıları Assosiasiyasının vitse-prezidenti Qreq Strinqhəmlə görüşlərdə isə Azərbaycan və Kanadanın neft və qaz sənayesi, bu sənayenin tərkib hissəsi olan boru kəmərləri ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında bu sahədə əməkdaşlıq imkanları müzakirə olunub. Əməkdaşlıq istiqamətində mühüm addım kimi Kanadada və Azərbaycanda təşkil edilən neft və qaz tədbirlərində hər iki ölkənin nümayəndələrinin iştirakının əhəmiyyəti vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti