...

Ağsu rayonunun Yenilik kəndinə təbii qazın verilişi bərpa edilib

Energetika Materials 20 Fevral 2013 13:47 (UTC +04:00)
Bu gün Ağsu rayonunun Yenilik kəndinə təbii qazın verilişinin bərpa olunması münasibətilə tədbir keçirilib.
Ağsu rayonunun Yenilik kəndinə təbii qazın verilişi bərpa edilib

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Bu gün Ağsu rayonunun Yenilik kəndinə təbii qazın verilişinin bərpa olunması münasibətilə tədbir keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə bildirilib ki, 53 abonenti olan Yenilik kəndinin qazlaşdırılması məqsədilə 10 min metr uzunluğunda müxtəlif diametrli polietilen, 2300 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 53 ədəd smart kart tipli qaz sayğacı quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti