...

Azərbaycanda bu ilin I rübündə 43 yaşayış məntəqəsi qazlaşdırılıb

Energetika Materials 11 Aprel 2013 15:45 (UTC +04:00)
Cari ilin birinci rübündə ölkə üzrə 43 yaşayış məntəqəsi qazlaşdırılıb.
Azərbaycanda bu ilin I rübündə 43 yaşayış məntəqəsi qazlaşdırılıb

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Cari ilin birinci rübündə ölkə üzrə 43 yaşayış məntəqəsi qazlaşdırılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, yanvar-mart aylarında əhali kateqoriyasına aid 45 279 yeni abonent təbii qazla təmin olunub ki, bunun da 35 625-i regionların, 9654-ü isə Bakı şəhərinin payına düşüb.

Müvafiq dövr ərzində əhali kateqoriyasından olan abonentlərin mənzillərində ümumilikdə 173 794 sayğac quraşdırılıb və ya əvəz olunub ki, bunun da 117 206-sı "smart-kart" tipli sayğacdır.

Birinci rübdə 2938,6 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilib, 903,18 kilometr uzunluğunda kəmərdə isə əsaslı təmir işləri aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti