...

ARDNŞ Rumıniyada yanacaqdoldurma məntəqələrinin sayını artırıb

Energetika Materials 3 İyul 2013 18:18 (UTC +04:00)
İyulun 2-də Rumıniyanın Neamt iqtisadi regionunun Piatra Neamt bölgəsində SOCAR brendi altında fəaliyyət göstərən yeni yanacaqdoldurma məntəqəsi (YDM) istismara verilib.
ARDNŞ Rumıniyada yanacaqdoldurma məntəqələrinin sayını artırıb

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir E.İsmayılov/

İyulun 2-də Rumıniyanın Neamt iqtisadi regionunun Piatra Neamt bölgəsində SOCAR brendi altında fəaliyyət göstərən yeni yanacaqdoldurma məntəqəsi (YDM) istismara verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, YDM-in açılışına həsr olunmuş mərasimdə "SOCAR Petroleum SA" şirkətinin əməkdaşları, yerli hökümət qurumlarının nümayəndələri, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin rəhbəri, Rumıniyada təhsil alan azərbaycanlı tələbələr və media nümayəndələri iştirak ediblər.

3900 kvadratmetrlik sahəni əhatə edən YDM-də müştərilərə Euro Dizel 95, Super Euro Dizel 98, Benzin 95 və 98 tipli neft məhsulları, maye qaz təklif olunur. Məntəqədə 3 sayğac quraşdırılıb. Burada 4 kiçik avtonəqliyyat vasitəsinin və 2 iritutumlu yük maşınının eyni vaxtda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. YDM ərazisində Rumıniyada ilk dəfə olaraq müştərilərə şaurma (dönər) təklif edən kafe fəaliyyət göstərir. Müştərilər, həmçinin 24 saat pulsuz internet xidmətləri ilə təmin olunublar.

Qeyd edək ki, bu, Rumıniyada SOCAR brendi altında fəaliyyət göstərən sayca 15-ci YDM-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti