...

ARDNŞ Azərbaycanda beş il ərzində təxminən 22 min kilometr qaz borusu çəkib

Energetika Materials 27 Avqust 2013 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən cari ilin yanvar-iyul ayları ərzində ölkə üzrə 5667,7 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilib, 953,7 kilometr uzunluğunda kəmərdə isə əsaslı təmir işləri aparılıb. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-in rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Ümumilikdə, İstehsalat Birliyinin fəaliyyət götsərdiyi 2009-2013-cü illər ərzində 21825,4 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb ki, bunun da 20634,6 kilometri regionların, 1008,1 kilometri Bakı şəhərinin, 182,7 kilometri isə magistral qaz kəmərlərinin payına düşüb. Həmin müddətdə 6907,6 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti