...

Biləsuvar və Ağstafa rayonlarının daha 3 kəndinə təbii qaz verilib

Energetika Materials 2 Oktyabr 2013 17:58 (UTC +04:00)
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verilir ki, bu münasibətlə keçirilmiş mərasimlərdə “Azəriqaz” İstehsalat Birliyinin və rayon rəhbərliklərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Biləsuvar və Ağstafa rayonlarının daha 3 kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Bu gün Biləsuvar və Ağstafa rayonlarının daha 3 kəndinə təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verilir ki, bu münasibətlə keçirilmiş mərasimlərdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon rəhbərliklərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Biləsuvar rayonunun Nəsimi kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, 641 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 44,9 kilometr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 641 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Ağstafa rayonunun Düz Qışlaq və Kolayır kəndlərinə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş mərasimdə qeyd edilib ki, ümumilikdə 147 abonenti olan kəndlərə təbii qazın bərpası məqsədilə birpilləli sistem əsasında 20,7 kilometr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 147 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti