Qaz Emalı Zavodu üzrə layihələndirmə işləri davam etdirilir

Energetika Materials 27 Dekabr 2013 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

ARDNŞ-nin yeni Neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsinin reallaşdırılması üzrə işlər icra qrafikinə uyğun olaraq davam edir.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, hazırda Qaz Emalı Zavodunun (QEZ) layihələndirilməsi, ərazidən kənar obyektlər üçün konseptual tədqiqatın aparılması və Mərkəzi Enerji Bloku, eləcə də ümumzavod təsərrüfatı sisteminin QEZ-in payına düşən hissəsinin ilkin detallı layihələndirilməsi işləri həyata keçirilir.

Qeyd edilən işlərə "SOCAR-Foster Viler Mühəndislik Xidmətləri" MMC podratçı, KBR şirkəti isə məsləhətçi qismində cəlb olunub. QEZ-in konfiqurasiyasına daxil olan Geniş Fraksiyalı Karbohidrogen Qazlarının Ayrılması Bloku/Təmizlənmiş Təbii Qazın Kompressor Sistemi üçün lisenziar şirkət seçilmiş "Technip" həmin qurğu üzrə prosesin layihələndirmə paketinin hazırlanması işlərini həyata keçirir.

Həmin layihələndirmə işləri yerinə yetirildikdən sonra QEZ və onunla əlaqədar infrastrukturların inşasına başlanılacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti