...

Schneider Electric şirkəti Azərbaycanın inkişafını sürətləndirmək məqsədilə enerjidən səmərəli istifadənin əhəmiyyətini vurğulayır

Energetika Materials 13 Mart 2014 12:54 (UTC +04:00)
Schneider Electric Central Asia şirkətinin vitse-prezidenti Mehmet Ali Keciciler 12 mart 2014-cü ildə Bakıda, Four Seasons otelində keçirilən Azərbaycan investisiya sammitində, ekspertlər qrupunun müzakirəsində, öz açılış nitqində Azərbaycanda, infrastruktur layihələrində enerjidən səmərəli istifadənin əhəmiyyətini vurğuladı.
Schneider Electric şirkəti Azərbaycanın inkişafını sürətləndirmək məqsədilə enerjidən səmərəli istifadənin əhəmiyyətini vurğulayır

Azərbaycan, Bakı, 13 mart /Trend/

Schneider Electric Central Asia şirkətinin vitse-prezidenti Mehmet Ali Keciciler 12 mart 2014-cü ildə Bakıda, Four Seasons otelində keçirilən Azərbaycan investisiya sammitində, ekspertlər qrupunun müzakirəsində, öz açılış nitqində Azərbaycanda, infrastruktur layihələrində enerjidən səmərəli istifadənin əhəmiyyətini vurğuladı.

Azərbaycanın nəzərə çarpan inkişafını razılıqla qeyd edərək, Keciciler ölkə iqtisadiyyatının diversifikasiyasını davam etdirmək və qeyri-neft sektorunu genişləndirmək məqsədilə hazırda ölkədə həyata keçirilən energetika, su, nəqliyyat və telekommunikasiya layihələri ön plana çəkdi.

"Bu gün enerjidən səmərəli istifadə bizim ümumi planetin sərvətlərindən nisbətən az istifadə etməklə daha çox nailiyyət əldə etmək deməkdir; enerji istehlakının artması müqabilində iqtisadi artımın azalması deməkdir. Azərbaycan inkişaf üçün həyati dərəcədə vacib olan ölkə miqyaslı infrastruktur layihələrini həyata keçirmək üçün lazım olan maliyyə gücünə malikdir və Schneider Electric şirkəti enerji idarəetməsi üzrə hərtərəfli mütəxəssis qismində öz etibarlı məhsulları və yüksək texnologiyalı, yenilikçi həll variantları ilə bu tarixi layihələrdə iştirak etməyə hazırdır", deyə Schneider Electric şirkətinin rəsmi nümayəndəsi bildirdi.

2006-cı ildən bəri Schneider Electric şirkəti insanların yaşadıqları və işlədikləri məkanlarda, evdən müəssisəyə qədər, bütün elektrik şəbəkəsində və bütün şəhərdə enerjidən səmərəli istifadəni təcrübədə tətbiq etməsinə və bunu başqa insanlara da öyrətməsinə imkan yaratmaq məqsədilə Azərbaycanda yerli və xarici müəssisələrlə uğurlu şəkildə əməkdaşlıq etmişdir.

Enerji idarəetməsi üzrə hərtərəfli mütəxəssis qismində 100-dən çox ölkədə fəaliyyət göstərməklə Schneider Electric şirkəti çoxsaylı bazar seqmentləri üçün birləşdirilmiş həll variantları, o cümlədən kommunal xidmət və infrastruktur, sənaye sahələri və maşınqayırma müəssisələri, qeyri-yaşayış binaları, məlumat mərkəzləri və şəbəkələri və yaşayış binaları üzrə liderlik mövqelərini təklif edir. Əsas diqqətini enerjinin təhlükəsiz, etibarlı, səmərəli, məhsuldar və ekoloji cəhətdən zərərsiz olmasına yönəltməklə, bu şirkətlər qrupu və onun işçiləri fiziki və hüquqi şəxslərin öz enerjilərini ən səmərəli şəkildə istifadə etmələrinə kömək etmək əzmini fəal surətdə nümayiş etdirməklə 2013-cü ildə 24 milyard Avro məbləğində satış həcminə nail olmuşlar.

www.schneider-electric.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti