...

"Schneider Electric" Azərbaycanın neft-qaz sənayesinin əməliyyat tələblərini qarşılamaq üçün rəqəmsal texnologiyaları təklif edir

Energetika Materials 24 Aprel 2014 18:19 (UTC +04:00)
Bu il ölkədə 20 sentyabr 1994-cü ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin rəhbərliyi altında xarici neft şirkətləri konsorsiumu ilə imzalanan, "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının kəşfiyyatı/işlənməsi haqqında Əsrin Müqaviləsinin 20-ci ildönümünün qeyd olunduğu dövrdə "Schneider Electric" şirkəti aprelin 23-də Bakıda keçirilən 1-ci Xəzər Enerji Forumuna həmsponsorluq edib.
"Schneider Electric" Azərbaycanın neft-qaz sənayesinin əməliyyat tələblərini qarşılamaq üçün rəqəmsal texnologiyaları təklif edir

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Bu il ölkədə 20 sentyabr 1994-cü ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin rəhbərliyi altında xarici neft şirkətləri konsorsiumu ilə imzalanan, "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının kəşfiyyatı/işlənməsi haqqında Əsrin Müqaviləsinin 20-ci ildönümünün qeyd olunduğu dövrdə "Schneider Electric" şirkəti aprelin 23-də Bakıda keçirilən 1-ci Xəzər Enerji Forumuna həmsponsorluq edib.

Öz salamlama nitqində "Schneider Electric" şirkətinin ölkə üzrə prezidenti Emrah Tekdemir iştirakçıların diqqətini Azərbaycanda əməliyyatların səmərəsini və təhlükəsizliyini maksimuma çatdırmaq üçün neft-qaz sənayeləri üçün tamamlanmış rəqəmsal texnologiyaların tətbiq edilməsinə yönəldib. Natiqin bildirdiyi kimi, "Schneider Electric" şirkəti enerji idarəetməsi üzrə ixtisaslaşan dünya miqyaslı şirkət olaraq boru xətti idarə etməsi sistemləri, elektrik yarımstansiyaları, idarəetmə və nəzarət sistemləri, birləşdirilmiş təhlükəsizlik sistemləri, daimi hasilat nəzarəti və idarəetməsi sistemləri kimi hərtərəfli texnologiyaları tətbiq etməyə hazırdır və bu texnologiyaların tətbiqi daha təhlükəsiz, daha səmərəli və ekoloji cəhətdən daha zərərsiz neft-qaz əməliyyatlarının həyata keçirilməsinə kömək edəcək.

Bu Forumda yüksək səviyyəli dövlət rəsmiləri, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik missiyaların və beynəlxalq təşkilat missiyalarının, yerli və beynəlxalq şirkətlərin nümayəndələri iştirak ediblər.

Enerji idarə etməsi üzrə hərtərəfli mütəxəssis qismində 100-dən çox ölkədə fəaliyyət göstərməklə, "Schneider Electric" şirkəti çoxsaylı bazar seqmentləri üçün birləşdirilmiş həll variantları, o cümlədən kommunal xidmət və infrastruktur, sənaye sahələri və maşınqayırma müəssisələri, qeyri-yaşayış binaları, məlumat mərkəzləri və şəbəkələri və yaşayış binaları üzrə liderlik mövqelərini təklif edir. Əsas diqqətini enerjinin təhlükəsiz, etibarlı, səmərəli, məhsuldar və ekoloji cəhətdən zərərsiz olmasına yönəltməklə, bu şirkətlər qrupu və onun işçiləri fiziki və hüquqi şəxslərin öz enerjilərini ən səmərəli şəkildə istifadə etmələrinə kömək etmək əzmini fəal surətdə nümayiş etdirməklə 2013-cü ildə 24 milyard avro məbləğində satış həcminə nail olublar.

www.schneider-electric.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti