Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.İsmayılov/
Xəzərin Azərbaycan sektorundakı "Abşeron" qaz-kondensat yatağından ilk qaz yalnız 4-5 ildən sonra əldə oluna bilər. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə energetika naziri Natiq Əliyev deyib.
Onun sözlərinə görə, yatağın işlənməsi layihəsinin operatoru olan Fransanın "Total" şirkəti bu yaxınlarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) yatağın işlənmə proqramını təqdim edib: "Bu layihə üzə işlər çərçivəsində məqsəd ildə 5 milyard kubmetr qaz hasil etməkdir".
N.Əliyev qeyd edib ki, bu layihə həm də mürəkkəbdir, çünki yataq suyun çox dərinliyində yerləşir: "Lakin hesab edirəm ki, qazandığımız təcrübə yatağı uğurla istismara verməyimizə imkan verəcək".