...

ARDNŞ: "Cənub Qaz Dəhlizi" Avropanın enerji xəritəsini dəyişəcək

Energetika Materials 4 İyun 2014 16:03 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi" layihəsi Avropanın enerji xəritəsini dəyişəcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Bakıda keçirilən XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) beynəlxalq konfransında deyib.
ARDNŞ: "Cənub Qaz Dəhlizi" Avropanın enerji xəritəsini dəyişəcək

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir A.Bədəlova/

"Cənub Qaz Dəhlizi" layihəsi Avropanın enerji xəritəsini dəyişəcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Bakıda keçirilən XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, bu tarixi layihə ilk dəfə olaraq enerji resursları ilə zəngin olan Xəzər regionunu Avropa ilə birləşdirəcək: "Biz bu layihəyə enerji sahəsində iri tərəfdaşlıq imkanı kimi baxırıq".

E.Nəsirov qeyd edib ki, Azərbaycan Avropa və qonşu ölkələrə qaz tədarüklərinə sadiqdir: "Təbii qaz digər yanacaq növlərinə nisbətən daha rəqabətqabiliyyətlidir. Eyni zamanda, təbii qaz tədarüklərin təhlükəsizliyi baxımından mürəkkəbdir. Lakin gələcəkdə boru kəmərləri ilə tədarüklərə üstünlük veriləcək".

ARDNŞ-nin vitse-prezidenti bildirib ki, "Cənub Qaz Dəhlizi" layihəsi vacib qaz bazarlarının enerji təhlükəsizliyini artırmağa hesablanıb: "Bu dəhliz cənub-şərqi Avropada interkonnektorların yaradılmasında katalizator olacaq".

Onun sözlərinə görə, Azərbaycanın təhlükəsizliyi məsələsi Avropanın təhlükəsizlik siyasətinin bir hissəsi kimi nəzərdən keçirilə bilər: "Buna görə də Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi və Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi Avropanın təhlükəsizlik siyasətinin prioriteti olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti