...

ARDNŞ neft məhsullarının ixracını xeyli artırıb

Energetika Materials 2 Sentyabr 2014 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin yanvar-avqust aylarında ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) öz neft emalı zavodlarından (NEZ) 1,04 milyon tona yaxın neft məhsulları ixrac edib. Bu rəqəm ötən ilin analoji dövründə 738,06 min ton olub. Bu barədə Trend ARDNŞ-yə istinadən məlumat verir.

2013-cü ildə ARDNŞ öz NEZ-lərindən 1,04 milyon tona yaxın neft məhsulları ixrac edib. Bu göstərici 2012-ci ildə 1,24 milyon ton olub.

İxrac olunan neft məhsullarının ümumi cədvəli:

Neft məhsullarının növləri

2014-cü il, yanvar-avqust, tonla

2013-cü il, yanvar-avqust, tonla

Dizel yanacağı

629 606

633 097

Avtomobil benzini

745

13 829

Aviasiya yanacağı

119 715

91 130

Vakuum qazoylu

285 882

0

Kükürdlü mazut

417

0

2013-cü ildə Azərbaycanda benzinin istehsal həcmləri ona olan tələbata bərabər olub, buna görə də neft məhsullarının bu növünün ixracı minimuma endirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti