...

ARDNŞ qaz emalı zavodunu yenidən qurmaqdan imtina edib

Energetika Materials 15 Sentyabr 2014 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir Emil İsmayılov/

Bakının Qaradağ rayonunda fəaliyyət göstərən qaz emalı zavodunun yenidən qurulması iqtisadi cəhətdən məqsədəuyğun deyil. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, bu, onunla izah edilir ki, qaz emalı zavodunun gücləri çox köhnəlib.

Qaradağ rayonunda neft-qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin (OGPC) yaradılması planları ilə əlaqədar zavodun yenidən qurulması üzrə işlərin aparılması məqsədəuyğun hesab edilməyib.

Kreditlər üzrə faiz ödənişləri nəzərə alınmaqla OGPC-nin tikinti layihəsinin dəyəri 14,4 milyard dollardır. Yeni qaz emalı zavodunun tikintisinə gələn il başlanması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti