...

Fuad Muradov: Neftin qiyməti azalmaqda davam edəcək

Energetika Materials 15 Oktyabr 2014 17:03 (UTC +04:00)
"Neftin qiyməti azalmaqda davam edəcək. Səbəb hasilatı müəyyən edən OPEK üzvü olan əsas ölkələrin - İranın və Səudiyyə Ərəbistanının mövqeyidir. Onlar neftin qiymətinin stabil saxlanmasında əsas rol oynayırlar. Bugünkü proses onu göstərir ki, həmin ölkələr hasilatı azaltmadılar".
Fuad Muradov: Neftin qiyməti azalmaqda davam edəcək

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İlkin İzzət/

"Neftin qiyməti azalmaqda davam edəcək. Səbəb hasilatı müəyyən edən OPEK üzvü olan əsas ölkələrin - İranın və Səudiyyə Ərəbistanının mövqeyidir. Onlar neftin qiymətinin stabil saxlanmasında əsas rol oynayırlar. Bugünkü proses onu göstərir ki, həmin ölkələr hasilatı azaltmadılar".

Trend xəbər verir ki, bunu Milli Məclisin üzvü, Avronest PA-nın Enerji təhlükəsizliyi komitəsinin həmsədri Fuad Muradov mətbuata dünya bazarında neftin qiymətinin enməsini şərh edərkən yazıb.

Millət vəkilinin fikrincə, son hadisələr göstərir ki, nə İran, nə də Səudiyyə Ərəbistanı hasilatın azaldılmasına razılıq verməyiblər: "Neftin qiymətinin düşməsi ötən illərdə də müşahidə olunurdu. Amma OPEK ölkələri hasilatı azaltmaqla neftin qiymətini stabil saxlayırdılar. Bu dəfə bunu etmədilər".

F.Muradov hesab edir ki, neftin qiymətinin ucuzlaşmasında ABŞ dollarının məzənnəsinin dəyişməsi, eyni zamanda, şist qazının bazara çıxarılması mühüm rol oynayır: "Fikrimcə, son 5 ildə enerji bazarında şist qazının ümumi payının artması və ABŞ-ın bunun emalı üçün yeni texnologiyaları tətbiq etməsi bu məsələdə öz təsirini göstərib".

Deputatın qənaətincə, neftin qiyməti ilə bağlı vəziyyətin dəyişməsi daha çox siyasi faktorlardan asılıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti