...

Rövnəq Abdullayev Dövlət Neft Şirkətinin strateji layihəsi barədə danışdı (FOTO)

Energetika Materials 5 Noyabr 2014 11:09 (UTC +04:00)
Azərbaycanda yeni neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı kompleksinin yaradılması layihəsi Dövlət Neft Şirkətinin ən mühüm və strateji layihələrindən biridir.
Rövnəq Abdullayev Dövlət Neft Şirkətinin strateji layihəsi barədə danışdı (FOTO)

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Emil İsmayılov/

Azərbaycanda yeni neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı kompleksinin yaradılması layihəsi Dövlət Neft Şirkətinin ən mühüm və strateji layihələrindən biridir.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü ikinci OGPC forumu zamanı ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, yeni kompleksin inşası barədə qərar ölkənin neft məhsullarına tələbatı və köhnə emal müəssisələrinin vəziyyəti nəzərə alınaraq qəbul edilib.

Abdullayev onu da bildirib ki, layihə çərçivəsində texniki-iqtisadi əsaslanma (TİƏ) və tikinti işlərinin başlanması üçün sahə hazırlanıb.

ARDNŞ rəhbəri deyib ki, hazırda layihə planlaşdırma, təchizat və tikinti mərhələsindədir.

OGPC Bakıdan 60 kilometr məsafədə yerləşəcək, üç emal müəssisəsindən və İstilik Elektrik Stansiyasından (İES) ibarət olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti